10 yaşlı uşaq spirtli içkidən zəhərlənib

Yevlaxda 10 yaşlı uşağın zəhərlənməsi ilə nəticələnən bədbəxt hadisə baş verib.

Rayonun Tanrıqullar kəndindində keçirilən şənlik mərasimi zamanı 2007-ci il təvəllüdlü Həsənov Sadiq Vasif oğlu doğmalarının əyləncə mənbəyinə çevrilib.

Şahidlərin etirafına görə, yaxınları uşağa əldə düzəldilmiş təqribən 12 qədəh araq içirdiblər. Halsız və huşsuz vəziyyətə düşən Sadiq Həsənov təcili xəstəxanaya çatdırılıb. Burada uşağın normadan artıq qəbul edilmiş keyfiyyətsiz spirtli içkidən zəhərləndiyi öz təsdiqini tapıb. Dərhal nəzarət altına götürülən zəhərlənmiş uşağa tibbi yardım göstərilib.

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. (report)

16.07.2017 14:56 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo