İki minik maşını traktorla toqquşub, 2 nəfər yaralanıb

Şəki şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə axşam saatlarında Şəki - Qax yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, iki "Mercedes" markalı avtomobil və bir traktorun toqquşması nəticəsində minik avtomobillərində olan iki nəfər - Şəkinin Aşağı Şabalıd kənd sakini, 1978-ci il təvəllüdlü Rahim İbrahim oğlu İsayev və Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ceyhun Arif oğlu Əsədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, Ceyhun Əsədovun xəsarətləri yüngül olduğundan ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Xəstəxananın Cərrahiyə şöbəsinə yerləşdirilən Rahim İsayevin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. (report)

16.07.2017 14:32 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo