"Samtredia" - "Qarabağ" matçının hakimləri açıqlanıb

"Qarabağ" komandasının Gürcüstanda "Samtredia" ilə keçirəcəyi futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün bütün təyinatlar açıqlanıb.

Azadinform-un məlumatına görə, qarşılaşmanı serbiyalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Srcan Yovanoviçə Uroş Stoykoviç və Milan Mixayloviç yan xətt, Marko Popoviç dördüncü hakim qismində yardımçı olacaqlar. Rumıniyalı Pol Daniel Zaharya UEFA nümayəndəsi, macarıstanlı Laslo Vaqner isə hakim-inspektordur.

Qeyd edək ki, iyulun 18-də Tbilisidəki Boris Payçadze adına "Dinamo" arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

16.07.2017 14:08 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo