Şimali Koreya ABŞ-la danışıqlar aparmaqdan imtina edib

Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə və raket proqramına dair ABŞ-la danışıqlar aparmaq niyyətində olmadığını bəyan edib.

Azadinform-un Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, ABŞ KXDR-ə qarşı “düşmənçilik siyasəti”ni dayandırmayınca danışıqlar mümkün deyil.    

“Vaşinqton anlamalıdır ki, KDXR-ə qarşı düşmənçilik siyasətini dayandırmayana qədər Şimali Koreyanın nüvə və raket proqramı heç vaxt danışıqlar predmeti, eyni zamanda KXDR-in nüvəsizləşdirilməsinə dair dialoq heç vaxt mümkün ola bilməz”, - deyə bəyanatda deyilir.  

16.07.2017 13:49 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo