Bəzi yerlərdə 39 dərəcə isti gözlənilir

AZADİNFORM. İyulun 17-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən Azadinform-a verilən məlumata görə, havanın temperaturunun gecə  21-24° isti, gündüz 31-36° isti, Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  759  mm civə sütunu  təşkil edəcək. Nisbi rütubət  gecə 60-70%, gündüz  30-40 % olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə  20-25° isti, gündüz  34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacağı gözlənilir.

16.07.2017 13:12 / Baxılıb: 109 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo