Sərnişin avtobusu yandı - 14 ölü, 26 yaralı

Ekvadorda yol qəzası nəticəsində sərnişin avtobusu aşaraq yanıb.

Azadinform xəbər verir ki, bu barədə “El Comercio” qəzeti məlumat yayıb.

Məlumata görə, avtobus paytaxt Kitodan La-Mana şəhərinə gedirmiş. Məlum olmayan səbəbdən avtobus magistralda aşaraq yanmağa başlayıb.

Qəza nəticəsində azı 14 nəfər ölüb, 26 nəfər isə yaralanıb. Ölənlərin sayının artacağı istisna olunmur.

Polis qəzanın başvermə səbəblərini araşdırır.

16.07.2017 12:21 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo