Dizelin qiyməti dəyişəcəkmi? - Tarif Şurasından açıqlama

Azərbaycanın Tarif şurasının (qiymət) gündəliyində dizel yanacağının qiymətinə yenidən baxılması məsələsi yoxdur.

Azadinform-un məlumatına görə, bu fikirləri Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov AzTv telekanalının efirində bildirib:

“Hazırda Tarif Şurasının gündəliyində hər hansı tariflərin, o cümlədən dizel yanacağının tariflərinin, dəyişdirilməsi ilə əlaqədar məsələ yoxdur”.

O həmçinin qeyd edib ki, İ-92 markalı benzinin qiymətinin artırılması məsələsi dəfələrlə müzakirəyə qoyulub, lakin əvvəlki illərdə bu addım məqsədəuyğun hesab edilməyib: “Strukturlar tərəfindən müraciət daxil olduqda, məsələ dərhal müzakirəyə çıxarılmır. İlk olaraq ciddi təhlil aparılır və yalnız bundan sonra məsələ müzakirəyə çıxarılır, nəticədə Şura tarifləri dəyişib-dəyişməmək haqda qərar qəbul edir. Yanacağın tarifləri sonuncu dəfə 2013-ci ildə dəyişdirlib, amma bu, o demək deyil ki, ötən dörd il ərzində tariflərin dəyişdirilməsi üçün bizə müraciət olunmayıb. Sadəcə, bu günə qədər bu addım məqsədəuyğun hesab edilmirdi”.

16.07.2017 11:23 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.07.2017
    22.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo