Qabrinye Muquruza Uimbldon turnirinin qalibi olub

Final qarşılaşmasında amerikalı Vinus Uilyamsa qalib gələn 23 yaşlı ispaniyalı tennisçi Qabrinye Muquruza karyerasında ilk dəfə “Böyük Dəbilqə” seriyasından olan Uimbldon turnirini (mükafat fondu 31,5 milyon dollardır) qələbə ilə başa vurub.

Matçın ilk seti gərgin keçib. Hesab 5:5 olarkən ispan tennisçi daha inamla oynayaraq seti 7:5 başa vurub. İkinci setdə isə o, 37 yaşlı rəqibini, necə deyərlər, darmadağın edib – 6:0.

Xatırladaq ki, Vinus Uilyams “Böyük dəbilqə” seriyasının yeddiqat, o cümədən Uimbldonun beşqat qalibidir.

Uimbldon turnirində kişilərin finalı isə sabah keçiriləcək. “Böyük dəbilqə” seriyasının 17-qat çempionu olan İsveçrə tennisçisi Rocer Federer xorvatiyalı Marin Çiliclə qarşılaşacaq. (azərtac)

15.07.2017 21:58 / Baxılıb: 348 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo