Xaçmazda beynəlxalq dolma festivalı keçirilib

Bu gün Xaçmazda II Beynəlxalq dolma festivalı keçirilib.

Məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festivalda 12 ölkədən və ölkəmizin 50 rayonundan 500-dən çox iştirakçı qatılıb.

Festivalda 350 çeşiddə dolma növü sərgilənib.

Xatırladaq ki, I Beynəlxalq dolma festivalı 2016-cı il iyulun 1-də Abşeron rayonunda keçirilib. (apa)

15.07.2017 15:00 / Baxılıb: 174 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo