Qalatasaray Uesli Sneyder ilə yollarını ayırıb

“Qalatasaray” klubunun hollandiyalı futbolçusu Uesli Sneyder komandası ilə yollarını ayırıb.

Futbolçu ilə klubu arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2018-ci ilin mayınadək İstanbul təmsilçisi ilə müqaviləsi olan Sneyderin bir müddət idi ki, komandadan ayrı, fərdi olaraq məşqlərdə iştirak etdiyi bildirilirdi.

Sneyderin 2017-2018-ci il mövsümü üçün təminatlı 4,5 milyon avrodan imtina etdiyi bildirilir. Futbolçu, həmçinin növbəti 3 il ərzində Türkiyədə hər hansı klubla müqavilə imzalamamaq, əks halda 20 milyon avro təzminat ödəməyə razılıq verib. (azərtac)

15.07.2017 14:48 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo