Çelsi Monakonun yarımmüdafiəçisini transfer edir

“Çelsi” klubu “Monako”nun yarımmüdafiəçisi Temue Bakayokonu transfer edir.

Klublar arasında qarşılıqlı razılıq əldə olunub.

Londona yollanan fransalı futbolçu tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. İyirmi iki yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 5 illik olacaq.

“Çelsi”nin bu transfer üçün qarşı tərəfə 45 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, T.Bakayoko ötən mövsüm “Monako”nun heyətində 32 matçda 2 qol və 1 məhsuldar ötürmə edib. (azərtac)

14.07.2017 19:41 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo