"Hazırda bizi nə Şerif, nə də Kukesi maraqlandırır"

"Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü barədə fikirlərini bölüşüb.

Məlumata görə, 45 yaşlı mütəxəssis növbəti rəqibin kimliyi ilə maraqlanmadıqlarını bildirib. 

Q.Qurbanov deyib: “Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır. Hazırda iyulun 18-də Gürcüstanda “Samtredia” ilə keçirəcəyimiz II təsnifat mərhələsinin cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik”.

Qeyd edək ki, "Şerif" Moldovadakı ilk görüşdə 1:0 hesablı qələbə qazanıb. Cavab görüşü iyulun 19-da Albaniyada keçiriləcək. "Qarabağ" isə Bakıda "Samtredia"nı darmadağın edib - 5:0. (report)  

14.07.2017 17:45 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo