Ermənistan ordusunun 2 yaşlı Zəhranı öldürməsi beynəlxalq cinayətdir

"Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfdir. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını dərhal azad etməlidir". 

Məlumata görə, bunu bu gün Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşdə bildirib. N. Kurtulmuş deyib ki, Ermənistanın qısa müddətdə torpaqları işğaldan azad edərək Azərbaycana təhvil verəcəyinə ümid edir: "Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində 2 yaşlı Zəhranı öldürməsi də qəbuledilməzdir. Bu, beynəlxalq cinayətdir". (apa)

14.07.2017 16:33 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2017
    22.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo