Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan dünyada sülhün və təhlükəsizliyin carçısıdır

Samir Soltanov/AZADİNFORM. “Harada baş verməsindən asılı olmayaraq, terrorizm bütövlükdə bəşəriyyətə qarşı bir cinayətdir”. 

Heydər Əliyev Fondundan Azadinform-a verilən məlumata görə, bunu Birinci vitse-prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı mərasimində bildirib. A. Ələkbərov qeyd edib ki, ötən il iyulun 14-də Fransanın Nitsa şəhərində çoxlu sayda insanın həlak olması ilə nəticələnən dəhşətli terror aktı törədilib: “Azərbaycan öz yaşadıqlarından terrorizmin, günahsız insanların həlak olmasını ağrı və acılarını yaxşı anlayır. Ermənistan ordusu Azərbaycanın cəbhəyanı ərazilərində yaşayan dinc əhaliyə qarşı mütəmadi olaraq təxribatlar törədir. 10 gün əvvəl Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində 2 yaşlı körpə bir uşaq, Zəhra Quliyeva öldürülüb”.   

Onun sözlərinə görə, Azərbaycan dünyada sülhün və təhlükəsizliyin carçısıdır və irqi, milli, dini ayrı-seçkiliyə qarşı prinsipial mövqe tutur: “Dövlətimiz dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir. Biz inanırıq ki, bütün xalqlar qüvvələrini səfərbər edərək insan təhlükəsizliyinə, demokratik dəyərlərə, vətəndaşların hüquq və azadlıqlarına hədə olan, günahsız insanları hədəfə götürən terrorizmin qarşısını almağa müvəffəq olacaqlar”.

14.07.2017 11:58 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo