"ÜAK-ın qeydiyyat məsələsinin həlli üçün işlər görüləcək"

“Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə bağlı problemin Rusiyanın siyasəti ilə heç bir bağlılığı yoxdur”. 

Məlumata görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

V.Doroxin qeyd edib ki, konqresin hüquqi dəstəyini təmin etməli olan şəxslər bu işin öhdəsindən gəlməyiblər. Səfirin sözlərinə görə, konqres Rusiya Ədliyyə Nazirliyi tərəfindən dəfələrlə qeydiyyat məsələsi ilə bağlı xəbərdarlıq alsa da, buna reaksiya verməyiblər.

Rusiyalı diplomat deyib: "Bizim fikirmiz budur ki, bütün təşkilatlar mövcud olduqları ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidirlər. Rusiyanın Azərbaycanda fəaliyyət göstərən bütün təşkilatları Azərbaycan qanunvericiliyinə riayət edir.

O deyib: "Rusiya üçün Azərbaycanla münasibətlər böyük dəyər kəsb edir və ümid edirik ki, bu insident bizim münasibətlərə heç bir mənfi təsir göstərməyəcək".

Daha sonra V.Doroxin əlavə edib ki, bu məsələnin həlli üçün işlər görüləcək. (trend)

14.07.2017 11:11 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2017
    22.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo