Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq

Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq.

Bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.

V. Səfərli mənzillərin paylanması məsələsində şəffaflığın təmin edilməsi üçün komissiya yaradıldığını xatırladaraq, həm Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, həm də Prezident Administrasiyasına ümumilikdən 2 mindən çox sənəd qəbul olunduğunu deyib: “Bunlardan 1000-ə yaxın sənəd təkrarlanan sənədlər idi. Eyni zamanda mətbuata aidiyyəti olmayan insanların da müraciətləri var idi. Qalan 1000 müraciət seleksiya olunub, 255 nəfər müəyyənləşdirilib. İyulun 21-də binanın açılışı olacaq və mənzil veriləcək şəxslərin adı da həmin gün elan olunacaq.

Siyahı hərtərəflidir, istər elektron media, istər televiziyalar, radiolar, istər qəzetlər, portallar, saytlar hamısı əhatə olunub. Ötən dəfədən fərqli olaraq bu dəfə veteran jurnalistlərin də adı siyahıya salınıb”. (Apa)

14.07.2017 10:55 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.07.2017
    22.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo