50 mindən artıq FETÖ-cu həbs edilib

Samir Soltanov/AZADİNFORM. Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra il ərzində 50 mindən çox insan qiyamda iştirak etməkdə ittiham olunaraq həbs edilib. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, 2016-cı il iyulun 15-dən etibarən Fəthullah Gülən hərəkatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 169 013 nəfərə qarşı cinayət işi açılıb. Yekunda 50 510 insan həbs edilib. Onlardan 169-u general, 7098-i hərbçi, 8815-i təhlükəsizlik orqanlarının əməkdaşı, 24-ü qubernator, 73-ü isə qubernator müavinidir". 

Qeyd olunur ki, 48 400 nəfər yaşadığı yeri tərk etməmək şərti ilə azadlığa buraxılıb, 8087-i axtarışdadır, 43 404 nəfər isə azadlığa buraxılıb. Həbs edilənlər arasında hakim, prokuror, vəkil və digərləri (cəmi 2431 nəfər) də var.

13.07.2017 15:51 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.07.2017
    22.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo