Kolleclərə tələbə qəbulu ilə bağlı müsabiqə şərtləri açıqlanıb

Samir Soltanov/AZADİNFORM. 11 illik və 9 illik təhsil bazasında kolleclərə tələbə qəbulu ilə bağlı müsabiqə şərtləri açıqlanıb. 

DİM-dən Azadinform-a verilən məlumata görə, 11 illik bazada kolleclərin müsabiqəsinə qəbul (buraxılış) imtahanında topladığı ümumi balı 30-dan və Azərbaycan/rus dili, riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan (xarici dil fənni üzrə cavablara məhdudiyyət tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 25-dən (fənlər üzrə cavablara məhdudiyyət tətbiq olunmur) az olmayan abituriyentlər buraxılır. Bu ixtisasları yalnız imtahanda topladıqları ümumi balları qeyd olunan müsabiqə şərtini ödəyən və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər seçə bilərlər. 

11 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi 15-19 avqust tarixlərində həyata keçiriləcək.

9 illik bazada kolleclərin müsabiqəsinə qəbul (buraxılış) imtahanında topladığı ümumi balı 40-dan, ana dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız imtahanda topladıqları ümumi balları qeyd olunan müsabiqə şərtini (fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur) ödəyən və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər seçə bilərlər.

9 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi 25 iyul – 06 avqust tarixlərində həyata keçiriləcək.

13.07.2017 11:27 / Baxılıb: 84 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo