Ermənilərin Laçındakı süni məskunlaşdırma siyasətinə mane olan faktlar

Ermənistan rəhbərliyi Laçını işğal etdikdən sonra strateji önəmə malik bu ərazilərin kütləvi məskunlaşdırılmasına girişdi. Lakin 20 ildən artıq davam edən məskunlaşdırma planı əks-effekt verməyə başlayıb.

Məlumata görə, 1992-ci ilin mayında işğalçıların nəzarətinə keçən rayona Ermənistandan 2500-dən artıq insan köçmüşdü. Lakin onların yarıdan çox müxtəlif illərdə Laçını tərk etmişdilər.

Yolların bərbad vəziyyəti, evlər də daxil olmaqla bütün infrastruktur obyektlərinin müharibə nəticəsində dağılması, iş yerlərinin olmaması və Azərbaycanla müharibə şəraiti Yerevan rəhbərliyinin bu önəmli ərazini məskunlaşdırmasına mane olub.

Erməni jurnalistləri (Hetq.am, "Qrapark") xüsusən ötən ilin aprelindəki döyüşlərdən sonra Laçından köçün sürətləndiyini və sakinlərin Ermənistanın Syunik vilayətinə, Yerevana yaxud Rusiyaya axın etdiyini yazır.

Hətta Suriyadakı müharibə səbəbindən Ermənistana qaçan suriyalı ermənilərin də məqsədli şəkildə Laçın, Zəngilan və Kəlbəcər rayonlarının ərazisində məskunlaşdırılması effektli nəticə verməyib. Belə ki, Qarabağa köçürülən 200-dən artıq ailədən yalnız 63-ü işğal altındakı torpaqlarda yaşamağa razı olub. Əksəriyyət ailələr isə Yerevana geri dönüb, yaxud Avropa ölkələrinə üz tutublar.

Görünən odur ki, diasporun da ciddi maliyyə dəstəyinə baxmayaraq, Yerevanın Laçındakı süni məskunlaşdırma siyasəti fiaskoya uğrayıb və aprel döyüşlərindən sonra dəyişən hərbi-siyasi reallıqda heç bir perspektiv vəd etmir. (modern.az)

13.07.2017 11:30 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.07.2017
    22.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo