Salyandakı qəzada ölənlərin sayı 4-ə çatıb (Yenilənib 2)

Salyan rayonunda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb. 

Məlumata görə, hadisə nəticəsində Tuhid Əliyev, Şahid Qəhrəmanov, Azad Abdulleyev və Ramiz Xudaverdiyev ölüb, Zaur adlı şəxs 1 saylı şəhər Klinik Xəstəxanasına, Aqilə Qəhrəmanova isə Respublika Klinik Xəstəxanasına yerləşdirilib.


09:20



Adəm Abbaslı/AZADİNFORM. Ələt-Astara yolunda ağır yol qəzası baş verib. Azadinform FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KAMAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış digər 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 06:00-da başa çatıb.



13.07.2017 10:08 / Baxılıb: 104 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.07.2017
22.07.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo