"Azərbaycan bölgədə və dünyada sabitlik məkanı kimi tanınır"

Adəm Abbaslı/AZADİNFORM. "Azərbaycan 2017-ci ilin birinci yarısında uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub, ölkəmiz daha da güclənib və beynəlxalq əlaqələrimiz daha da dərinləşib".

Azadinform xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

“Əfsuslar olsun ki, 2017-ci ildə dünyada çox təhlükəli meyillər daha da güclənir. Həm bizim bölgəmizdə, həm dünyada narahatedici məqamlar kifayət qədər çoxdur. Müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar - əfsuslar olsun ki, bugünkü beynəlxalq mənzərənin əlamətləri bunlardır. Azərbaycan isə uğurla inkişaf edir. Azərbaycanda sabitlik möhkəmlənir. Sabitliyin mənbəyi Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir”, - Prezident qeyd edib.

Azərbaycanda bütün sosial-iqtisadi məsələlərin uğurla öz həllini tapdığını, ölkəmizdə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır: "Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində öz gələcəyini qurur".

12.07.2017 15:05 / Baxılıb: 299 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo