"İşğalçı ölkə danışıqlar masasına qayıtmağa məcbur oldu"

Adəm Abbaslı/AZADİNFORM. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu ilin birinci yarısında Azərbaycanın haqlı mövqeyində bir çox irəliləyişlər olub".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib. 

Dövlət başçısı qeyd edib ki, bu ilin əvvəlində Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qondarma referendum dünya birliyi və beynəlxalq birliklər tərəfindən tanınmayıb: "Bununla da beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bir daha bəyan edib.

Bundan əlavə, ötən ilin aprel ayında Ermənistanın danışıqların bərpası ilə bağlı irəli sürdüyü şərtlər heç bir nəticə verməyib. Dünən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşüb. Azərbaycan tərəfindən heç bir şərt qəbul olunmadan danışıqlar bərpa edilib. Beləliklə, işğalçı ölkə məcbur olaraq danışıqlar masasına qayıdıb".

12.07.2017 14:40 / Baxılıb: 301 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2017
    22.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo