Həmsədrlər: Nazirlər razılığa gəldi

Leyla Məhərrəmova / AZADİNFORM. ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün gələcək planları müzakirə etmək üçün Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşüb.

Azadinform xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak edib. Nazirlər razılaşıb ki, ilin sonunda yüksək səviyyədə görüşün təşkil edilməsi  barədə həmsədrlərin təklifinə prezidentlərə çatdıracaqlar.

Qeyd edək ki, təmas xəttindəki hazırkı vəziyyət də müzakirə edilib. Nazirlər və  həmsədrlər razılığa gəlib ki, sentyabrda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində yenidən görüşsünlər.

12.07.2017 12:03 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2017
    22.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo