Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərləri görüşəcək

“İyulun 18-19-da Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. 

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. Səfir qeyd edib ki, görüşdə ikitərəfli və üçtərəfli məsələlər, eyni zamanda cari məsələlər müzakirə olunacaq. 

E. Özoral onu da əlavə edib ki, iyulun 18-19-u tarixlərində Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan gömrük qurumlarının başçılarının da görüşü keçiriləcək. (apa)

12.07.2017 11:50 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2017
    22.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo