FETÖ ilə mübarizədə Azərbaycan daim Türkiyəyə dəstək verib

“Bildiyiniz kimi, FETÖ terror təşkilatı Türkiyənin xaricində də şəbəkələşib. Türkiyə xaricində də FETÖ-ya qarşı layiqli mübarizə aparılır. Azərbaycan bu mübarizədə daim Türkiyəyə dəstək verib”. 

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib. Səfir qeyd edib ki, 15 iyul çevrilişə cəhd gecəsi Azərbaycan prezidenti İlham Əliyev dərhal Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib: “Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür. Terrora qarşı mübarizədə Azərbaycanı yanımızda görməklə böyük güc hiss edirik”. (apa)

12.07.2017 11:13 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo