Amerika tibbində yeniliklər edən azərbaycanlı professor kimdir?

AZADİNFORM. AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) əməkdaşları tərəfindən “Azərbaycan Vikipediya”sında  Nyu-York Lanqon Tibb Mərkəzində nevrologiya tibb dosenti və Nyu-York Lüteran Tibb Mərkəzində Baş ağrısı şöbəsinin rəhbəri, professor Səid  Aşina haqqında məqalə yaradılıb.

Doktor Aşina tibbi dərəcəsini Danimarkanın Kopenhagen Universitetində qazanmışdır. O, tibbi təcrübəsini Yeni Haven ştatının Yeil Universiteti tibb məktəbinin Müqəddəs Rafael xəstəxanasında almışdır. Səid Aşina nevrologiya rezidensiyasını Albert Eynşteyn tibb kollecində edib. O, Montefior Baş ağrısı mərkəzində və Danimarka Baş ağrısı mərkəzində təhsilini artırmışdır.

Doktor Aşina Amerika Psixiatriya və Nevrologiya Şurasının və Nevroloji Müxtəliklərin Vahid Şurasının Baş ağrısı mərkəzində diplomatdır. Beynəlxalq Baş ağrısı Cəmiyyəti Təhsil Komitəsinin üzvüdür. Doktor Aşina həmçinin Baş ağrısı Pozuntularının Beynəlxalq təsnifatının 3-cü nəşri üçün Tension-Type baş ağrısı üzrə Beynəlxalq baş ağrısı cəmiyyətinin baş ağrısı təsnifatı alt komitəsinin üzvüdür. O, Nevrologiya İcmalının redaktoru və Baş ağrısı və Ağrı jurnalının məsləhət şurasının üzvüdür.  Səid Aşina Amerika Baş ağrısı Cəmiyyətindən Kliniki Baş ağrısı Yoldaşlıq mükafatı və 2012-ci ildə Avropa Baş ağrısı Federasiyası/Baş ağrısı Tədqiqatları üçün İtaliya Cəmiyyətinin təsis etdiyi Enriko Qreppi mükafatları da daxil olmaqla öz fəaliyyətləri istiqamətində bir sıra mükafatlar əldə etmişdir. Doktor Səid Aşina 2013-2014-cü illərdə Nyu-York Yüksələn Ulduzlar siyahısında Super Həkimlər adına layiq görülmüşdür. Onun tədqiqat maraqları baş ağrısı və kronik ağrı epidemiyologiyasını, kəmiyyət sensor testini, insan ağrı modellərini və miqrende struktur beyin lezyonlarını özündə ehtiva edir.

https://az.wikipedia.org/wiki/S%C9%99id_A%C5%9Fina

11.07.2017 17:34 / Baxılıb: 186 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.07.2017
    20.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo