Azay Quliyev: "ATƏT-in Minsk qrupunun fəaliyyəti tənqid olundu"

ATƏT Parlament Assambleyasının (PA) Minskdə keçirilən iclasında ATƏT-in Minsk qrupunun fəaliyyəti tənqid olundu.

Məlumata görə, bunu ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib.

Onun sözlərinə görə, iclasda ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyəti ilə bağlı təəssüflər ifadə edildi.

A.Quliyev qeyd edib ki, bu gün danışıqlardan yayınan Ermənistanın qısa müddət ərzində danışqlar masasına gəlməsi və nəticəyə söykənən danışıqlar aparması ilə bağlı fikirlər səsləndirildi: "İclasda həmçinin, qaçqın və məcburi köçkünlərin geri qayıtması ilə bağlı çağırışlar səsləndi. Hesab edirəm ki, ATƏT PA bu sessiyada öz missiyasını yerinə yetirə bildi. Əminik ki, ATƏT PA-nın bu mövqeyinin gələcəkdə də davam edəcəyinin şahidi olacağıq".

Azərbaycan nümayəndə heyətinin ATƏT PA-nın iclaslarında Dağlıq Qarabağ məsələsini daim gündəmə gətirdiyini nəzərə çatdıran A.Quliyev qeyd edib ki, son sessiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi açıq şəkildə gündəmə gətirildi.

A.Quliyevin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin sessiyada Dağlıq Qarabağla bağlı ilk çağırışı münaqişənin ilk növbədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həll olunması ilə bağlı idi: "İkinci çağırış Helsinki Yekun Aktının bu prinsip əsasında qəbul edilməsi ilə bağlıdır. Üçüncü çağırış isə budur ki, Ermənistanın bu gün sui-istifadə etdiyi öz müqəddəratını təyinetmə prinsipinə ATƏT PA açıq şəkildə qiymət verməlidir. Öz müqəddəratını təyin etmə heç bil halda ölkələrin ərazi bütövlüyü hesabına edilə bilməz. Ölkələrin sərhədlərinin toxunulmazlığı, suverenliyi zədələnə bilməz”.

11.07.2017 17:10 / Baxılıb: 97 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo