Millət vəkili Rüfət Quliyev kitab yazdı

AZADİNFORM. İqtisad elmləri doktoru, professor, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevin “Dünya iqtisadiyyatı və Azərbaycan” adlı kitabı işıq üzü görüb.

Azadinform xəbər verir ki, kitabda müəllifin 2008-2016-cı illər ərzində Azərbaycanda (əsasən “İqtisadiyyat” qəzetində) və xarici ölkələrdə nəşr olunmuş məqalələri toplu halında verilir və onlara aid olan aktual baxışlar, yeni məlumatlar də əlavə olunur.  

Kitabın tematikasına müəllifin Azərbaycan Respublikasının Milli Məclisində, onun komitələrində uzunmüddətli fəaliyyəti, Milli Məclisin, MDB Parlamentlərarası Assambleyasının nümayəndələri tərkibində MDB ölkələri parlamentləri üzvləri ilə çoxsaylı görüşləri, həmçinin Böyük Britaniyada, İtaliyada, Fransada, Çin Xalq Respublikasında, Küveytdə, Birləşmiş Ərəb Əmirliklərində, Almaniyada, Şimali Kiprdə, Ukraynada, Latviyada, Moldovada, Qazaxıstanda və digər ölkələrdə iqtisadçı alimlər ilə dünya iqtisadiyyatının problemləri barədə müzakirələri əhəmiyyətli təsir göstəribdir. Məlumat üçün bildirək ki, müəllif dəfələrlə beynəlxalq konfranslarda və BOSKO-nun təqdimatlarında fəal iştirak edib.

“Dünya iqtisadiyyatı və Azərbaycan” kitabı  Azərbaycanın  sosial-iqtisadi modelinin uğurlu olmasından bəhs edir.  

Həmçinin, işgüzar ezamiyyətlərin gedişində başqa ölkələrin iqtisadiyyatlarının xüsusiyyətləri, təsərrüfatçılığın qabaqcıl təcrübələri haqqında toplanmış məlumatlar müəllif tərəfindən dərindən təhlil edilib. Azərbaycan iqtisadiyyatı ilə onların müqayisələri aparılıb və bir çox nəticələr kitaba daxil edilərək məqalələrdə öz əksini tapmışdır.

Kitabdakı məqalələr Azərbaycan iqtisadiyyatının inkişafının konkret sosial-iqtisadi məsələlərindən başlamış dünya iqtisadiyyatının ümumi problemlərinə həsr olunub.

Kitab iqtisadçı alimlər, doktorantlar, magistrlər, dünya və Azərbaycan iqtisadiyyatının müasir dövrdəki problemləri maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulub.

11.07.2017 10:15 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.07.2017
    20.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo