Türkiyənin məşhur aktyoru vəfat edib

Türkiyənin tanınmış kino və teatr aktyoru Fikrət Hakan vəfat edib. 

Məlumata görə, aktyor müalicə aldığı İstanbul Xəstəxanasında 83 yaşında dünyasını dəyişib.

Aktyor ağciyər xərçəng xəstəliyindən əziyyət çəkib.

F. Hakan 1934-cü ildə Balıkesir şəhərində anadan olub. Səhnə karyerası 1950-ci ildə “Üç göyərçin” tamaşası ilə başlayıb. İndiyədək 160-dan artıq film və serialda müxtəlif rollar yaradıb.

Aktyor həm də ssenarist və rejissor kimi fəaliyyət göstərirdi. (apa)

11.07.2017 10:05 / Baxılıb: 139 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo