Bakının Google map üzərindən 3D formatda virtual gəzintisini reallaşdıran sayt istifadəyə verilib

AZADİNFORM. Azərbaycanda ilk dəfə “Google map” üzərindən Bakının 3D formatda virtual gəzintisini reallaşdıran www.Baku3d.az saytı istifadəyə verilib. “Azadinform” xəbər verir ki, saytın əsas məqsədi paytaxt Bakıda olan parkları, muzeyləri, məscidləri, tarixi abidələri, hotel-restoranları, gözəllik salonları, avtosalonları, klinikaları, ticarət və əyləncə mərkəzlərini “3D” formatında birləşdirməkdir. Dünyanın istənilən nöqtəsindən internet istifadəçiləri sayta daxil olmaqla Bakının virtual tur gəzintisi ilə tanış ola biləcəklər. Bu, öz növbəsində, Azərbaycanda turizmin inkişafında xüsusi rol oynamasına imkan verəcək. Sayt kataloq xarakter daşıyır.

Hazırda sayt rus dilində fəaliyyət göstərir, lakin yaxın zamanlarda Azərbaycan və ingilis dillərində də çalışacaq.
Ümumiyyətlə, saytın unikallğı ondan ibarətdir ki, internet istifadəçiləri Google-nin xəritəsindən Bakının istənilən rayon və qəsəbəsini açıb, daha sonra həmin yerdə olan parkları, muzeyləri, məscidləri, tarixi abidələri, hotel-restoranları və s. yerlərin 3D panoramasını görəcəklər.

6.01.2012 13:45 / Baxılıb: 1230 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.06.2017
    25.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo