Oqtay Əsədov Laosun xarici işlər naziri ilə görüşüb

AZADİNFORM. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitinin başcıllıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentdən Azadinform-a verilən məlumata görə, sədr görüşdə bildirib ki, bu gün Azərbaycan yerləşdiyi regionda söz sahibi olan, sürətlə inkişaf edən müstəqil bir dövlətdir, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri Azərbaycanın enerji daşıyıcıları sahəsində əhəmiyyətli rol oynadığının bariz göstəricisidir.

O deyib ki, TANAP və TAP kimi iri regional qaz layihələrinin reallaşmasın Azərbaycanın bütün dünyada mühüm enerji təminatçılarından biri olduğunu göstərir:

“Biz münasibətlərimizin dərinləşməsi üçün parlametlərarası əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik. Son illər beynəlxalq siyasi arenada parlament diplomatiyasının əhəmiyyəti kifayət qədər artıb. Bu baxımdan, deputatlarımızın qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsində böyük fayda verə bilər. Düşünürük ki, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızı genişləndirmək hər iki tərəfin maraqlarına cavab verir”.

Salımsay Kommasit bildirib ki, hələ sovetlər dönəmində Laosla Azərbaycan arasında təhsil sahəsində sıx əlaqələr mövcud olub: “Heç də təsadüfü deyil ki, Bakının ali təhsil ocaqlarında təhsil almış laoslular bu gün hökumətdə təmsil olunurlar. Onlar Laosun inkişafına öz layiqli töhfələrini verirlər. İnanırıq ki, yaxın gələcəkdə əlaqələrimiz siyasi, iqtisadi, elm, təhsil və mədəni sahələrdə, o cümlədən parlamentlər səviyyəsində keyfiyyətcə yeni səviyyəyə yüksələcək".

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Vyetnam Sosialist Respublikasında və eyni zamanda Laos Xalq Demokratik Respublikasında səfiri Anar İmanov və digər rəsmi şəxslər iştirak ediblər. 

19.06.2017 20:09 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo