Türkiyədə 1 hərbçi şəhid olub, 2-si yaralanıb

Türkiyənin Diyarbakır əyalətinin Lice rayonunda təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında qarşıdurma baş verib. 

Azadinform-un "Hurriyet"ə istinadən verdiyi məlumata görə, nəticədə üç hərbçi yaralanıb. Onlar Selahattin Eyyubi Dövlət Xəstəxanasına çatdırılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.  

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri mayın 28-dən Diyarbakır əyalətinin 6 rayonunda, 104 kənd dairəsində “Bayrak-54” adlı əməliyyat keçirir. Əməliyyatda Türkiyə təhlükəsizlik qüvvələrinin 7 742 əməkdaşı iştirak edir. 

19.06.2017 19:36 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo