Metsamor AES region üçün böyük təhlükədir

Tbilisidə “Ekologiya və nüvə radiasiyası təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv olan ölkələrin və beynəlxalq təşkilatların 100-dən çox nümayəndəsi qatılıb.

Konfransda zənginləşdirilmiş uranın təhlükəsiz şəkildə daşınması, geri qaytarılması və istifadə edilməsi prosedurları müzakirə olunub. Cənubi Qafqaz regionunda radiasiya və nüvə sahəsində bir çox məsələlər nəzərdən keçirilib. Konfrans iştirakçıları Ermənistanda fəaliyyət göstərən Metsamor AES-lə bağlı fikirlərini də bölüşüblər.

Ekologiya və Nüvə Radiasiya Təhlükəsizliyi Agentliyinin rəhbəri Vasili Qadenaşvili jurnalistlərə açıqlamasında bildirib ki, konfransda Cənubi Qafqaz regionunda radiasiya və nüvə sahəsində mövcud olan problemlər müzakirə olunub: “Regionda yalnız bir təhlükə mənbəyi mövcuddur. Bu da hazırda fəaliyyətdə olan Metsamor Atom Elektrik Stansiyasıdır. Bu stansiya müasir təhlükəsizlik standartlarına cavab vermədiyi halda fəaliyyət göstərir. Metsamor AES-in fəaliyyəti tək Ermənistan üçün deyil, bütün region üçün böyük təhlükə mənbəyidir”. (apa)

19.06.2017 19:07 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo