Qərbi Abşeron yatağında yeni quyu istismara verilib

Samir Soltanov/AZADİNFORM. “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 32 nömrəli quyu qazmadan sonra istismara verilib. 

Azadinform xəbər verir ki, Quyu Qirməki Altı Lay Dəstəsindən elektrikli dalma nasosu üsulu ilə məhsul vermiş, 678-726 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.  

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

19.06.2017 19:00 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
    22.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo