Həmsədrlər Minsk qrupu üzvlərini danışıqlar prosesi barədə məlumatlandıracaqlar

ATƏT-in Minsk qrupu həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) iyulun 3-də Vyanada Minsk qrupunun üzvlərini regiona son səfərləri barədə məlumatlandıracaqlar. 

Bu barədə həmsədrlərin regiona səfərlərinin yekunlarına dair bəyanatda bildirilir. Bəyanatda qeyd olunur ki, vasitəçilər nizamlama prosesi ilə bağlı görüləcək işləri müzakirə etmək üçün yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşməyi də planlaşdırırlar. (apa)

19.06.2017 18:20 / Baxılıb: 107 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
    22.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo