Qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı artıb

Samir Soltanov/AZADİNFORM. Azərbaycanda son 4 ildə ilk dəfə olaraq, qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı yenidən ən yüksək səviyyəyə çatıb. 

Azadinform xəbər verir ki, rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən 2012-ci ildə 27 031 uşaq dünyaya gətirilib. 

Lakin 2013-cü ildən başlayaraq, bu say azalmağa doğru dəyişib. Belə ki, rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən 2013-cü ildə 25 069, 2014-cü ildə 25 486, 2015-ci ildə 24 038, 2016-cı ildə 26 288 uşaq doğulub. 

Rəsmi qeydiyyata alınmamış nikahda doğulan uşaqların sayı ölkədə diri doğulanların ümumi sayına olan nisbətdə də artıb. 

2013-cü ildə qeyr-rəsmi nikahdan doğulan uşaqların sayının ölkədə diri doğulanların ümumi sayına olan nisbəti 14,5 faiz olduğu halda, 2016-cı ildə bu rəqəm 16,5 faiz olub.

19.06.2017 18:30 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    29.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo