Nazirliyə məxsus şirkətdə maliyyə nöqsanları aşkarlanıb

Samir Soltanov/AZADİNFORM. Kənd Təsərrüfatı Nazirliyinin “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin nazirliyin əməkdaşları tərəfindən maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb. 

Nazirlikdən Azadinform-a verilən məlumata görə, audit yoxlaması zamanı cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətində bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib. 

Bununla əlaqədar “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlamasının nəticələrinə dair materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

19.06.2017 18:40 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2017
    19.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo