Şəmkir sakinindən 2 kq narkotik götürülüb - Foto

Samir Soltanov/AZADİNFORM. Şəmkirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Kür qəsəbə sakini Eldəniz Tağıyev saxlanılıb. 

Həmin şəxsin yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 2 kiloqrama yaxın olan 108 ədəd narkotik tərkibli bitkilər aşkarlanıb. 

Bundan başqa, E.Tağıyevin evində istifadə üçün hazır olan qurudulmuş marixuana və çətənə kollarının toxumu da aşkar edilərək götürülüb. Saxlanılan şəxs dibçəklərdə və digər xırda tutumlu qablarda xüsusi aqrotexniki qaydada əkdiyi narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün becərdiyini deyib.  

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, istintaq aparılır.

19.06.2017 18:10 / Baxılıb: 75 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.08.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo