Magistraturaya ixtisas seçimi bu gün başa çatır

Eşqin Nuruşov/AZADİNFORM. 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən Azadinform-a verilən məlumata görə, seçim iyunun 9-da başlayıb.

İxtisası seçib, hələ təsdiqləməyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrinin təsdiqini təmin etsinlər. Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

19.06.2017 18:00 / Baxılıb: 40 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    29.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo