Gəncədəki "Ramada"dan biabırçı reklam - Foto/Video

Əlində qəlyan, süfrələrində spirtli içkilər, qısa yupkalı qızlar… Bu mənzərə ilə Ramada Plaza Gəncə otelində rastalaşa bilərsiniz.  

 

Bunu özümüzdən yazmırıq. Bütün bunlar Ramada Plaza Gəncə otelinin fiestasında yerləşən "Shisha Lounge"nun yay mövsümü ilə bağlı hazırladığı reklam çarxındadır. Görüntülərdə ancaq qəlyan tüstüsündən cuşa gələn qızlar gözə dəyir... Niyə? Bununla nəyə işarə edirlər? Müştərilərə hansı gizli mesajı ötürmək istəyirlər? Əhalisi mühafizəkarlığı ilə seçilən Gəncə üçün belə bir reklam çarxı nə dərəcədə keçərli ola bilər? Bizim bu suallara öz cavabımız olsa da, hələlik bu barədə əlavə şərh vermək istəmirik. Amma təəccübümüzü də gizlədə bilməzdik. Hər halda bir əyləncə məkanının təbliğat üçün başqa formalardan da istifadə etmək olardı. Ancaq qəlyan tüstülədən və bir qədər erotik tərzdə rəqs edən qızları nümayiş etdirmək başqa təsəvvürlər yarada bilər... Heç olmasa, Ramazan ayının bitməsini gözləmək olardı...


Misssiya.Az



b_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_19397777_10207430089149498_1033939715_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_19389611_10207430089069496_1156709566_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_19369522_10207430088869491_1842909597_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_19369807_10207430089189499_1609102382_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_19369451_10207430089109497_132656271_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_19113219_10207430088909492_1931477005_n.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_19398499_10207430089229500_1035233789_n.jpg


19.06.2017 17:05 / Baxılıb: 86 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo