Münaqişəsinin həlli ilə bağlı bir çox məsələlər açılmış vəziyyətdədir

Leyla Məhərrəmova / AZADİNFORM. “Erməni tərəfi mütəmadi şəkildə təxribatlarla məşğul olur və  atəşkəs rejimini pozur. ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri ərəfəsində erməni tərəfi daha da azğınlaşır”.

Bu fikirləri Azadinform-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. O qeyd edib ki, ermənilər bizi günahlandırmaq məqsədi ilə bunu edirlər, guya Azərbaycan Ermənistana qarşı aqressiv  siyasət aparır, danışıqların tərəfdarı deyil.

Politoloq vurğulayıb ki, hətta Ermənistanın XİN rəhbəri Eduard Nalbandyan BMT TŞ tərəfindən qəbul edilmiş qətnamələri başqa cür şərh edir, guya həmin qətnamələr Azərbaycana qarşı qəbul edilib: “Bu cür hərbi və ideoloji təxribatlar həmsədrlərin səfəri ərəfəsində baş verir. Sanki bir normaya qaydaya çevrilib. Bu yeni bir şey deyil”.

Politoloq hesab etmir ki, həmsədrlərin səfəri ilə məsələlər həllini tapacaq: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir çox məsələlər açılmış vəziyyətdədir,  həmsədrlər bunu dərk edir. Onlar Ermənistanı sülhə, işğal edilmiş torpaqları tərk etməyə və beynəlhüquq normalarını yerinə yetirməyə çağırmalıdırlar”.  F. Sadıqov əlavə edib ki, Qarabağ danışıqlarının nəticələri, Kazan və Madrid prinsipləri masa üzərindədir: “Onların birinci maddəsi torpaqların mərhələli şəkildə azad olunması prinsipidir. Mən həmsədrlərin səfəri ilə bağlı optimist düşünmürəm. Amma onlar vəziyyəti nəzərə alaraq bəlkə təsir edici addımlar atıb Ermənistana təzyiqlər edərlər. Biz bunu çoxdan gözləyirik”.

19.06.2017 17:00 / Baxılıb: 42 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.06.2017
    26.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo