BDU-da Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti mövzusunda tədbir keçirilib

Adəm Abbaslı/AZADİNFORM. Bu gün Bakı Dövlət Universitetində bu ali təhsil ocağının professor-müəllim heyətinin, bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrinin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən tədbiri açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 11 aprel 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi  məqsədilə keçirilir.  Rektor dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsindən, dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada aparılmasından bəhs edib. Qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna qəbulla əlaqədar keçirdiyi qəbullarda  Bakı Dövlət Universitetinin məzunları çoxluq təşkil edir. 

Sonra Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək dövlət qulluğu sahəsində dövlət siyasətinin artıq Mərkəz tərəfindən həyata keçirildiyini bildirib. Qeyd edib ki, Mərkəzin üzərinə düşən əsas fəaliyyətlərdən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir. 

Sonra DİM-in Hüquqi təminat və və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluğuna qəbulun Azərbaycan modeli” mövzusunda təqdimatla çıxış edib. DİM-in İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin  məsləhətçisi Pərviz Kazımov “Xəyal qurma, həyatın planlaşdırılması və duyğusal inkişaf” təlim xarakterli təqdimatında peşə seçimində fərdin arzuları, dəyərlər və  motivasiyanın rolunun  önəmini vurğulayıb.

Tədbirin sonunda iştirakçıların çoxsaylı suallarını cavablandırıb. 

19.06.2017 16:30 / Baxılıb: 105 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.10.2017
18.10.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo