"Azərbaycanı daha böyük fəlakət gözləyirdi"

"Əgər 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, Azərbaycanı 1920-ci il 28 apreldəki fəlakətdən daha böyük fəlakət gözləyirdi".

Məlumata görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbirdə çıxışında deyib.

F.Hacıyev bildirib ki, əgər 1920-ci ildə biz Zəngəzuru, Göyçəni itirdiksə, bu dəfə tamamilə bütün Azərbaycanı itirəcəkdik: "Vətəndaş müharibəsi, xaos, separatizm və siyasi böhranla qarşılaşan Azərbaycan xalqı yeganə çıxış yolunu məhz böyük vətənpərvər, siyasətçi, xalqını, millətini sevən Heydər Əliyevdə gördü. Müasir müstəqil Azərbaycan Heydər Əliyevin siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Heydər Əliyevin irsi daim yaşayacaq. Əgər biz varıqsa, bu ölkə varsa, Heydər Əliyev də olacaq”.

F.Hacıyev qeyd edib ki, Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib, məhz onun rəhbərliyi ilə dövlət gənclər siyasətinin təməli qoyulub və bu gün bu siyasət uğurla reallaşdırılır: "Bu gün ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Ölkə başçısının təşəbbüsü və sərəncamı ilə yaradılmış Gənclər Fondu Azərbaycanın gələcəyi, həmçinin bu gələcəyin qarantı olan gənclər üçün açılmış tarixi bir səhifədir. Bu illər ərzində Fondun gördüyü işlərə nəzər salanda, doğrudan da, uğurlu və dinamik bir inkişaf gerçəkliyinin şahidi oluruq. Belə ki, bu günə qədər 9 qrant müsabiqəsi üzrə fonda gənclərdən və gənclər təşkilatları tərəfindən təqdim olunan layihələrin 3341-i maliyyələşdirilib və uğurlu nəticələr əldə olunub. Göründüyü kimi, gənclərin müraciəti ildən ilə artır. Bu da Gənclər Fondunun işindəki şəffaflıqla bağlıdır. (trend)

19.06.2017 16:23 / Baxılıb: 45 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.06.2017
    26.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo