Bizə 5 potensial rəqibdən ən çətini düşdü

Samir Soltanov/AZADİNFORM. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü haqqında fikirlərini bildirib. 

Azadinform xəbər verir ki, klubun saytına danışan baş məşqçi rəqibləri olan Gürcüstan çempionu “Samtredia” ilə bağlı bildirib ki, bizə 5 potensial rəqibdən ən çətini düşdü: “Samtredia” “Qarabağ”ı daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin “Qəbələ” ilə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır. Hazırda onlarda çempionat davam edir, bu da rəqibin üstünlüyüdür. Biz isə hələ ki, tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk”.

19.06.2017 15:50 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo