Azərbaycanın istehlak bazarı 1,5% artıb

Eşqin Nuruşov/AZADİNFORM. Bu  ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 16,4 mlrd. manat olmaqla ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,5% artıb.

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-may aylarının səviyyəsini real ifadədə 1,8% üstələyərək 15 mlrd. 755,8 mln. manata bərabər olub, 50,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 338,2 manatlıq və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 42,9 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

19.06.2017 15:42 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo