Avroliqa Klublarımızın rəqibləri bəlli oldu

Samir Soltanov/AZADİNFORM. Avropa Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılır. 

Azadinform xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən püşkatmada artıq iki klubumuzun - "Zirə" və "İnter"in rəqibi bəlli olub. "Zirə" “Differdanj”la (Lüksemburq), "İnter" isə “Mladost”la (Serbiya) qarşılaşacaq. Hər iki komandamız yarışa ilk təsnifat mərhələsindən başlayacaq. 


"Mladost" (Serbiya) - "İnter" (Azərbaycan) 

"Zirə" (Azərbaycan) - "Differdanj" (Lüksenburq) 


Mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq "Qəbələ" isə rəqibini gözləyir. 

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 29 iyun – 6 iyul, II təsnifat mərhələsinin matçları isə 13-20 iyul tarixlərində keçiriləcək.

19.06.2017 15:35 / Baxılıb: 97 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo