ÇL Qarabağın rəqibi bəlli oldu

Samir Soltanov/AZADİNFORM. Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün II təsnifat mərhələsinin püşkatması keçirilib. 

Azadinform xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın rəqibi də bilinib. Püşkün nəticəsinə görə, komandamız Gürcüstan çempionu "Samtredia" ilə qarşılaşacaq. İlk oyun Bakıda, cavab görüşü Gürcüstanda olacaq.  

II təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-i, cavab matçları isə iyulun 18-19-na nəzərdə tutulub. Matçların dəqiq tarixi yaxın saatlarda açıqlanacaq. 

Xatırladaq ki, "Samtredia"  ötən il Avroliqanın birinci mərhələsində "Qəbələ"yə rəqib olub. İlk görüşdə Roman Qriqorçukun komandası rəqibinə 5:1 qalib gəlib, cavab görüşündə 1:2 hesabı ilə uduzsa da, mərhələ adlayıb.

19.06.2017 15:00 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo