Politoloq: Onların iddialarının içərisində əsas yeri həmsədrlərə saxta məlumatlar vermək tutur

Leyla Məhərrəmova / AZADİNFORM. “Ermənilər hər zaman bu taktikaya əl atırlar. Onların iddialarının içərisində əsas yeri atəşkəsin guya azərbaycanlılar tərəfindən pozulması haqqında həmsədrlərə yanlış saxta məlumatlar vermək tutur”.

Bu fikri Azadinform-a Dağlıq Qarabağda yaranan gərginliyi şərh edən politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, ermənilər sübut etməyə çalışır ki, guya Azərbaycan atəşkəs sazişini pozur, müntəzəm olaraq təmas xəttində hərbi qarşıdurma yaradır və nəticədə vəziyyət gərginləşir: “Lakin bunu yalan deyirlər. Çünki onların özü təmas xəttində yerləşdirilən qoşun hissələri və yaşayış məntəqələrinin pulemyot və iriçaplı silahlardan atəşə tutur. Həmçinin ermənilərin sərhəd boyunca monitorinq aparmaq üçün elektron sistemləri var”.

Politoloq qeyd edib ki, ermənilər atəş açdıqdan sonra Azərbaycanın cavab atəşlərini  qeydə alıb, həmin görüntüləri dünyaya yayırlar. Bununla da illüziya yaratmağa çalışırlar. 

Q. Hüseynli vurğulayıb ki, Azərbaycan öz ərazisini işğaldan azad etmək üçün BMT əsasnaməsinə uyğun hərəkət edə bilər. Digər tərəfdən isə Azərbaycan heç vaxt söz verməyib ki, əbədi işğalla barışacaq: “Lakin Azərbaycan son dövrlərdə atəşkəs rejiminə əməl etməyə çalışıb, yalnız ermənilərin provokasiyalarına cavab verməklə məşğuldur. Ermənilər isə texniki vasitələrdən istifadə edərək dezinformasiya yayır, regiona səfər edən ATƏT, Avropa İttifaqı nümayəndələrinə bu cür məlumatlar verməyə çalışır. Biz isə gələnləri başa salırıq ki, Ermənistan 20 faiz ərazimizi işğal edib. Prezidentin dediyi kimi, erməni əsgərinin Azərbaycan  torpaqlarında nə işi var ki, gülləyə tuş gəlsin”.

19.06.2017 13:50 / Baxılıb: 152 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo