Zakir Həsənov həmsədrlərlə cəbhə xəttindəki əməliyyat şəraitini müzakirə edib

Samir Soltanov/AZADİNFORM. Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki əməliyyat şəraiti müzakirə olunub.

19.06.2017 13:19 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo