Yavər Camalov Belarus səfiri ilə görüşüb

Samir Soltanov/AZADİNFORM. Müdafiə sənayesi naziri Yavər Camalov Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib. 

Nazirlikdən Azadinform-a verilən məlumata görə, görüş zamanı Y. Camalov Azərbaycan-Belarus ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb. Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib.  

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, Belarusun Azərbaycandakı hərbi attaşesi polkovnik Andrey Lemeşevski də görüşdə iştirak edib.

19.06.2017 13:03 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo